1 iyun 2024 at 10:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85495842
T T
0 Persons

Tags

İran Aİ-nin yeni sanksiyalarını kəskin şəkildə pisləyib

1 iyun 2024 at 10:55
Xəbər kodu: 85495842
İran Aİ-nin yeni sanksiyalarını kəskin şəkildə pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa İttifaqının bəzi İran rəsmiləri və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməsini qətiyyətlə pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Ötən aylarda Qəzza və Fələstində baş verən humanitar fəlakətlə mübarizədə passiv və təsirsiz olan, Avropa ictimai rəyi və dünya xalqları tərəfindən tənqidlərə məruz qalan Avropa İttifaqı, bir daha sionist rejimin Qəzzədəki hərbi cinayətlərinə diqqət yetirmək və bu cinayətkar rejimi cəzalandırmaq və ona sanksiya tətbiq etmək əvəzinə, terrorçuluqla mübarizə və regionda sabit təhlükəsizliyin təmin edilməsində bəzi aparıcı və təsirli İran rəsmiləri və qurumları sanksiyalar siyahısına daxil edilib. 

O, deyib: Təəssüflə qeyd etmək lazımdır ki, Avropa İttifaqı təkrar, absurd və əsassız bəhanə və ittihamlara əl atmaqla, Qərbi Asiyadakı reallıqlara məhəl qoymadan, uğursuz və səmərəsiz yanaşmasını davam etdirərək, növbəti dəfə İrana qarşı köhnəlmiş və təsirsiz sanksiyalar vasitəsinə əl atıb və sionist rejim və ABŞ-ın razılığını Avropa İttifaqı və xalqların mənafeyindən üstün tutub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .